hemle

Azərbaycanda pensiya alanların sayı açıqlandı: Növlərə görə necə dəyişir?

Tarix:4-09-2024, 14:05
Baxış Sayı:576



Bu il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101 min pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10.8 faizi deməkdir. Yəni Azərbaycanda hər 10 nəfərdən biri pensiyaçıdır.

Bəs pensiya növlərinə görə pensiyaçıların sayı necə dəyişib?

Bu barədə iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, pensiyaçıların 64,4 faizi yaşa görə pensiya alır:

“Bu deməkdir ki, yaşa görə pensiya alan vətəndaşlarımızın sayı 709 min 44 nəfərdir. Ötən ilin eyni dövründə bu göstərici 702 min 920 nəfər olub. Deməli, son 1 ildə yaşa görə pensiya alanların sayı 6 min 124 nəfər artıb. Əlilliyə görə pensiya alanlar ümumi pensiyaçıların 23,3 faizini təşkil edib. Deməli, 256 min 533 nəfər əlilliyə görə pensiya alır. Bir əvvəl bu göstərici 258 min 797 nəfər idi. Bu isə o deməkdir ki, əlilliyə görə pensiya alanların sayında 2 min 264 nəfər azalma qeydə alınıb.

Ailə başçısını itirməyə görə pensiya alanlar isə pensiyaçıların 12,3 faizini təşkil etməklə 135 min 423 nəfər olub. Bu növ pensiya alanların sayında da son bir ildə artım qeydə alınıb. Göründüyü kimi, pensiyaçıların sayı 2 növ pensiya üzrə artıb, 1 növ üzrə isə azalıb. Rəsmi statistika göstərir ki, son illər əlilliyə görə pensiya alanların sayında azalma müşahidə edilməkdədir. Azalma bu sahədə tətbiq olunan yeni qaydalar və təkrar müayinələr ilə bağlıdır”.

Digər xəbərlər
21:54 Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb
21:53 İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
21:52 Xameneinin iqamətgahlarından biri raketlə vurulub
21:51 "WhatsApp"dan YENİLİK
21:49 “Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi
21:47 Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
21:44 Bakı-Naxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı
21:40 İsrail əməliyyata niyə bu adı verib? - Detallar