hemle

Azərbaycan bu ölkəyə xırdabuynuzlu heyvanların idxalına məhdudiyyət qoydu

Tarix:2-09-2024, 15:02
Baxış Sayı:380



Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Yunanıstanın Makedoniya və Frakiyada xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi qeydə alınması səbəbi ilə onların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumatda bildirilir ki, AQTA başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Belə ki, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Digər xəbərlər
12:27 Bu meyvə şirəsində zərərli maddə tapıldı - Marketlərdən yığışdırılır
12:24 Qızıl və gümüş ucuzlaşıb
12:19 7.2 ballıq zəlzələ olacaq, xeyli insan öləcək - Professordan xəbərdarlıq
12:16 Avropa ölkəsində qalmaqal: Hitlerin namizədliyi irəli sürüldü
12:14 Ermənistan-Gürcüstan sərhədi titrədi
12:12 İrəvana qaçan separatçılar Paşinyanın yerlisini özlərinə “lider” seçir - DETALLAR
12:10 ABŞ Rusiyanın qələbəsini qəbul etdi: Türkiyə açıqladı
12:00 Paşinyanın Estoniya səfərinin sirri - İrəvan nəyə hazırlaşır?