hemle

İnfarkt üçün yeni RİSK FAKTORU - Qurtuluş yolu yoxdur

Tarix:2-09-2024, 09:19
Baxış Sayı:549



Səs-küylü ərazidə yaşamaq infarkt riskini artıra bilər və infarktdan sağ çıxanların sağlamlığını da pisləşdirə bilər.

Bu barədə “HealthDay” Avropada aparılmış iki son araşdırmaya istinadla məlumat yayıb.

Alman tədqiqatçıları tərəfindən aparılan araşdırmada infarktla xəstəxanaya yerləşdirilən yaşı 50 və daha az olan 400 nəfərin məlumatları təhlil edilib. Onların arasında infarkt riski az olan insanlar da olub. Onların çoxu səs-küylü yerlərdə yaşayırmışlar. Bu, səs-küyün ənənəvi risk faktorları olmayan gənclərdə infarkt ehtimalını artıra biləcəyi anlamına gələ bilər.

Başqa bir araşdırmada infarktdan sonra 864 fransız xəstəsinin məlumatları araşdırılıb. Müəlliflər evlərinin hər birində səs-küy səviyyəsini ölçüblər. Orta hesabla, infarktdan sonra ağırlaşmaların inkişaf şansı gecə hər 10 desibel üçün 25% artıb. Müəlliflər yoxsulluq və havanın çirklənməsi də daxil olmaqla digər risk faktorlarını da nəzərə alıblar.

Alimlər vurğulayıblar ki, onların tapıntıları qəti deyil və daha geniş tədqiqatlarda təsdiqlənməlidir.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...