hemle

Ukrayna Kursku işğal etməyi illər öncədən planlayıb - İDDİA

Tarix:25-08-2024, 14:19
Baxış Sayı:0





Ukrayna 2016-cı ildə nəşr olunan dərsliklərdə Kursk vilayətini öz ərazisi kimi göstərib.

Bu barədə "RİA Novosti"yə Xerson Dövlət Pedaqoji Universitetinin Nasizm İdeologiyası ilə Mübarizə Mərkəzinin nümayəndəsi Yuri Şaşkov məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə nəşr olunan Ukrayna məktəb dərsliklərində Kursk vilayəti və Rusiyanın digər vilayətləri Ukrayna ərazisinin bir hissəsi kimi göstərilib.

Dərsliklərdə Kuban, Slobojanşina və Krımın Ukrayna əraziləri kimi göstərildiyi xəritələr yer alıb.

Materiallar “Mifləri qırmaq” təşəbbüsünün bir hissəsi olaraq Ukraynada məktəb kurrikuluma daxil edilib.

Şaşkov bu yaxınlarda Kursk vilayətinə edilən hücumun başqa bir ideoloji təbliğatın nəticəsi ola biləcəyini də irəli sürüb. O qeyd edib ki, bu ruhda tərbiyə olunan insanlar Rusiya torpaqlarını işğal olunmuş kimi qəbul edə bilərlər.

Qeyd edək ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu baş verib. Hazırda bölgədə fövqəladə vəziyyət rejimi qüvvədədir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ