hemle

Bu ölkənin Avropadakı səfirlikləri təhlükədədir: terror xəbərdarlığı edildi

Tarix:20-08-2024, 20:03
Baxış Sayı:0



Avropanın iki ən böyük paytaxtındakı Serbiyanın səfirlikləri son 24 saat ərzində terror aktları ilə bağlı hədələr alıb. Buna görə də diplomatik missiyalarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Bunu Serbiyanın xarici işlər naziri Marko Curiç deyib.

“Avropanın digər təhlükəsizlik agentlikləri ilə əməkdaşlıq edərək, biz bu təhlükələrin qarşısını almaq və aradan qaldırmaq üçün çalışırıq. Lakin mən bunu qeyd edirəm, çünki Priştinadan olan kimsə illərdir sistematik şəkildə serblərə hücumun məqbul olduğu bir mühit yaratmaq üçün çalışır”, - nazirə bildirib.

Curiçin sözlərinə görə, Serbiyanın diplomatik nümayəndəliklərinə qarşı təhdidlər Kosovo albanlarından gəlir. Nazir kəşfiyyat xidmətləri ilə məsləhətləşmələrə ehtiyac olduğunu əsas gətirərək təfərrüatı açıqlamayıb. O əlavə edib ki, hücumla hədələyənlərdən birinin şəxsiyyəti müəyyən edilib.

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı