hemle

Koronavirusun bütün ştamplarına qarşı anticismlər aşkar edilib

Tarix:20-08-2024, 07:53
Baxış Sayı:2



Şimal-Şərq Universiteti, Rays Universiteti və Yale Universitetinin alimləri "COVID-19"a səbəb olan SARS-CoV-2 koronavirusuna qarşı hərtərəfli qorunma təmin edə biləcək anticism kəşf ediblər.

Araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub.

Müəyyən edilib ki, "CV3-25" anticismi virusun "spike" zülalının ("S" zülalı) spesifik bölgəsini hədəf alır və müxtəlif ştamlarda dəyişməz qalır. Bu, anticismə hətta mutasiyaya uğramış viruslarda da hüceyrələrin infeksiyasını bloklamağa imkan verir.

"S" zülalının strukturunu təhlil etmək üçün tədqiqatçılar Şimal-Şərq Universiteti və Rays Universitetində Nəzəri Bioloji Fizika Mərkəzində hazırlanmış nəzəri modellərdən istifadə ediblər. Modelləşdirmə, anticismin hədəf aldığı zülalın həssas hissəsini müəyyən etməyə kömək edib.

Virusun "ACE-2" reseptoru vasitəsilə hüceyrələrə bağlanmasına cavabdeh olan və infeksiyada mühüm rol oynayan "S" zülalı adətən virus təkamül etdikcə dəyişir və bir çox anticisimlər patogenin neytrallaşdırılmasında təsirsiz olur. Bununla belə, dəyişməz qalan spesifik bölgə "CV3-25" anticisminə qarşı həssasdır və onun geniş neytrallaşdırma qabiliyyətini təmin edir.

Tədqiqatın nəticələri göstərir ki, "CV3-25" anticismi SARS-CoV-2-nin müxtəlif ştamplarından qoruya bilən peyvəndin yaradılmasında əsas element ola bilər.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ