hemle

Mbappe "Real Madrid"i xilas edə bilmədi: "Malyorka" ilə ilk matçda xallar bölündü

Tarix:19-08-2024, 12:00
Baxış Sayı:586

Mbappe "Real Madrid"i xilas edə bilmədi: "Malyorka" ilə ilk matçda xallar bölündü
İspaniya Premyerasının 1-ci turunda "Malyorka" və "Real Madrid" komandalarının qarşılaşması başa çatıb.
Oyun Palma de Malyorkada yerləşən "Son Moih" stadionunda keçirilib. Matçın baş hakimi Sezar Soto Qrado olub və oyun Bakı vaxtı ilə saat 00:30-da start götürüb. Qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Madrid təmsilçisinin heyətində hücumçu Rodriqo 13-cü dəqiqədə fərqlənib. Ev sahiblərindən isə hücumçu Vedat Muriki 53-cü dəqiqədə qol vurub.

Qeyd edək ki, oyun bu yay "Real Madrid"ə transfer olunan yeni ulduz Kilian Mbappenin La Liqada debütü idi.

Xatırladaq ki, 2023/2024 mövsümünün sonunda Madrid klubu İspaniya Premyerasının çempionu olub. "Malyorka" isə 40 xal toplayaraq 15-ci yerdə qərarlaşıb.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ