hemle

Hər kitab , qəlbin həyat dastanıdır .

Tarix:16-08-2024, 18:00
Baxış Sayı:573

Hər kitab , qəlbin həyat dastanıdır .
Yeni əsrin, yeni tələbi , - Yeni söz dünyasının həyat ruhunu ifadə edə bilməkdir..
Yeni əsrin , Yeni ruhu, - insanın yaşam tərzininin həyat üzünü gostərə bilməkdir.
Yeni əsrin , Yeni yolu, - insanın mənəvi aləmini tənzimləməyə yönəlməkdir..
Yeni Söz , insanın könül sevgisinin hədəfini ortaya qoyur.
Yeni yaşam tərzinin həyat üzü, inamın həyat bağlantısını yaradır.
Yeni həyat Yolunu, insanlarla ünsiyyətdə olaraq yaşamaq, onların arzu və istəklərini yerinə yetirmək, Söz adamından ruh yüksəkliyi istəyir.
Çağdaş şerimizin sənət-söz dünyasına rəng qatan şairlərimizdən biri Ali Yusif dir.
Gözəl şerləri ilə , oxucu auditoriyasında özünəlayiq Söz dünyasının həyati rəngarəngliyi ilə seçilən Əli Yusifin son illərdə bir -birinin ardınca çıxan şer kitabları, əlbəttə Sözün dəyərini bilən bir Sənıt adamının uğurudur.
Hər bir şairin take yolu, onun Söz dünyasının həyat işığını Zamana yayır.
Əli Yusifin bu yaxınlarda
, "Könül duyğuları" /Bakı - 2024/adlı altıncı şer kitabı , işıq üzü görmüşdür.
Kitabın redaktoru şair-alim , Bilal Alarli dır.
Hər bir kitab , bir qəlbin həyat dastanıdır .
Hər bir kitab , bir ömrün könül dünyasının aynasıdır.
Hər bir kitab , bir Zamanın həyat yolçusudur.
Əli Yusif bir şair kimi , könül adamıdır.
..
Səni özüm qədər sevdiyim üçün,
Səni gözüm qədər sevdiyim üçün,
Səni Sozüm qədər sevdiyim üçün,
Salmışam qəlbimi, görən olmasın !
Elə bağlanmışam, Sənə ürəkdən,
Ksüb-inciyirsən, gülüm heç nədən.
Onunçün xətrinə , dəyirəm hərdən,
Məni itirəndə , dözə biləsən.
/Nazını çəkim/
...
Haqq dünyası , Yaradanın lütfü ilə yaradılan dünyadır.
Haqq dünyası, insanlığın ədalətli şəkildə yaradılması dünyasıdır .
Haqq dünyası, kainatın yoxdan var olmasının ,səbəbsiz mövcud olan Ruh dünyasıdır..
Yaradanın lütfü ilə olan dünya, insanı kövrəldsə də , onun zahiri görkəmi ilə seçilən praktik həyati canlılıq dünyasıdır.
Kainatın var oluşu ilə , onun həyati mövcudluğunun idraki olaraq həyatla bağlantısı,daimi olaraq Zamanın həyati nisbiliyi ilə, əbədiyyətə qovuşduğu anı özündə əks etdirir.
Əli Yusifin lirikasının həyat ritorikası, dinamik həyat düşüncəsini özündə daşıyır.
..
Yaşımız, elə yaşdı,
Gəlmişik , Haqqa sarı..
"Ömür- gün", "qara daş"dı,
Gün keçdi, oldu yarı..
"Xoş gün", dalınca qaçdıq,
"Ağ gün" , Bizə naz etdi..
Qonağa qapı açdıq,
Üz döndərib, O , getdi ..
/Haqqa sarı/
...
Dostluq , insanın könül sevgisinin həyat axtarışının nəticəsidir .
Dostluq, insan hisslərinin dolğunluğu əks etdirən ən ali ünsiyyətin həyat formasıdır.
Dostluq, insanın bir -biri ilə, iş həyatında əməkdaşlığının nizamlanmasıdır..
Könül sevgisinin həyat axtarışı, səmimiyyət duyğuları ilə yaranır
Ən ali ünsiyyətin həyat forması olan dostluq, məzmunu ilə insani münasibətlərin dolğunluğunu ifadə edir .
Ünsiyyətin həyat forması olan dostluq münasibətlərinin inkişafı, insanlığın ədalətli şəkildə yaradılmasına yardımçıdır.
Əli Yusifin lirikasında gözəl hisslərin harmoniyası var.
..
Savalana qardaş olan,
Dərdlərinə, sirdaş olan...
Dərd-sərini, xəbər alan,
Dağ vüqarlı ,Nəsib qardaş !
Güc almısan Savalandan,
Alqış gəlir dostlarından .
Qismətindir Yaradandan,
Bu ucalıq, Nəsib qardaş!
/Nəsib Qardaş /
....
Şükr, insanın mənəvi dünyasının ruhi-psixoloji yetkinliyidir.
Şükr, insanın öz Yaradanın qarşı yönəlməsidir .
Şükr , insanın könül dünyasının həyat bağlantısıdır .
Ruhi-psixoloji yetkinlik, insan hisslərinin həyat ülviliyini moralizə edir .
Insanın ali düşüncəsinin hikmət çeçməsində, şükrün öz fəziləti var .
İnsanın özünü tapması, onun həyat düşüncəsinin ruhaniyyətindən asılıdır.
Əli Yusifin lirikasının həyat hədəfində insanın mənəvi aləminin həyat imitasiyası özünü təsdiqləyir.
..
Bu gözəllik başdan -başa tək gəlib,
Xəlq eyləyib, dağa-daşa tək gəlib.
Təbiət də , gözəlliyə bələnib,
Yaradanın nemətinə, çox şükür!
Yaradan istəsə, nur verər Gözə,
Qisməti hər kəsin, şirin bir Sözə..
Sadiq dostlarımız,gəlməsin "göz"ə,
Yaradanın "qismətinə, çox şükür!
/Çox şükür/
...
Şer , ruhun həyat eşqinə sahib olan Ruh dünyasının həyat bağlantısıdır.
Şeri həyat dəyəri, onun hikmət çeşməsini tamamlamasındadır .
Sözün əsl həyat düşüncəsinin ruhaniyyətindən yaranan duyğularla insanın yaşam tərzininin görsəl üzü var.
Ruhun dincliyi, şairin könül dünyasının həyat sevgisini etiraf etdirir.
Şairin qəlb dünyasının ruhi-psixoloji yetkinliyi, onun həyat düşüncəsinin hikmətinə yol açır.
Məsləki olaraq, şairin seçdiyi yol, onun daxili hisslərinin dolğunluğu ilə yaranacaq, insanın mənəvi aləmini ortaya qoyur.
Əli Yusifin lirikasının həyati rəngarəngliyi olduqca ilgincdir.
..
Yaradıb , Tanrımız çiçəkdən incə,
Xəyalı Göylərdən, Yerə enincə...
Ürəyi üzülür, gülü dərincə,
Bir gül də incitməz, Şair Ürəyi !
O bəzən aramsız , çay təki axar,
Bəzən də kükrəyib, sel təki çoşar...
Yanmamış, ocaqsız elə alışar,
Gözlərə görünməz, Şair Ürəyi !
Sevgi ilə , ovsunlanıb, elə bil,
Sevincindən, havalanıb, elə bil...
Göy üzündə, dumanlanıb, elə bil,
Yarıya bölünməz, Şair Ürəyi!
/Şair Ürəyi/
..
Uğur ,insanın əldə etdiyi nailiyyətlərin cəmidir.
Uğur, insanın mənəvi dünyasının ruhi həyat zirvəsidir .
Uğur, insanın yaşam tərzininin həyat üzünün canlılığıdır.
Həyati nailiyyətlərin qazanılması, insanın şüurlu əməyinə olan sevgiyə bağlıdır .
İnsanın könül sevgisinin hədəfini ortaya çıxaran, onun həyat düşüncəsinin hikmət qapısını açmasıdır.
Insanın tamam tərzininin görsəl üzü, daima onu Zamanın həyat tələblərini yerinə yetirməyə hazırlayır.
Əli Yusifin son illərdə əldə etdiyi uğurlarının təməlində şairin seçdiyi həyat yolundan və əməyindən asılıdır.
Şairin poeziyasının həyat müstəvisində insan hisslərinin dolğunluğu öz əksini tapır daima.
Şairin "Könül duyğuları " /Bakı -2024/ kitabının işıq üzü görməsi, onun yaradıcılığının Yeni səhifəsini təşkil edir .
Uğurlar arzulayıram şair qardaşıma.
..
Hörmətlə:
Filoloq, Nəsib Abid
10 iyul 2024-cü il.

Digər xəbərlər
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
09:15 Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq