hemle

Azərbaycan taekvondoçuları Özbəkistanda 12 medal qazanıblar

Tarix:16-08-2024, 12:00
Baxış Sayı:624

Azərbaycan taekvondoçuları Özbəkistanda 12 medal qazanıblar
Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən "Səmərqənd Open 2024" beynəlxalq turnirində 12 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) qızıl medala yiyələnib.

Nigar Useynova (U-30), Narin Həsənova (U-18), Zəhra İsayeva (42 kq), Vidadi Məmmədli (26 kq), Cahid İsmayılzadə (42 kq), Yusif Zeynallı (42 kq) isə gümüş medal əldə edib.

Fateh Sultanlı (38 kq), Aliyə Məmmədli (42 kq), Əkbər Tağıyev (24 kq), Mirzəli Uğur (40 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, komanda avqustun 16-18-də Özbəkistan təmsilçiləri ilə birgə təlim-məşq keçəcək.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?