hemle

“Araz-Naxçıvan”ın baş məşqçisi: Qarşımıza qrup birincisi olmağı məqsəd qoymuşuq

Tarix:15-08-2024, 17:30
Baxış Sayı:494

“Araz-Naxçıvan”ın baş məşqçisi: Qarşımıza qrup birincisi olmağı məqsəd qoymuşuq
Belə heyətlə, əlbəttə, qarşımıza qrup birincisi olmağı məqsəd qoymuşuq.

Bunu futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov deyib.

Mütəxəssis yerli futbolçularla bağlı seçimlərin az olduğunu söyləyib:

“Təlim-məşq toplanışını başa vurmuşuq. Gündə bir dəfə məşq edirik. 7 yeni oyunçu götürmüşük. Onlardan 3-ü serbiyalı, 4-ü isə braziliyalıdır. Bundan əlavə, “Baku Fire”dən Kənan Manafovu, “Neftçi”dən Ülvi Əliyevi də heyətə dəvət etmişik. Yerli futbolçularla bağlı seçim azdır. Yığmada gəncləşdirmə prosesi aparılacaq, demək olar, sırf azərbaycanlı futbolçulardan istifadə edəcəyik”.

Baş məşqçi bir neçə mövqeni də gücləndirmək istədiklərini vurğulayıb:

“Rəqibləri təhlil etmişik. Estoniya və İsveç klublarını tanıyırıq. Şimali İrlandiya komandası ilə bağlı bir qədər çətinlik çəkirik. Buna baxmayaraq, müəyyən informasiyamız var. Son yoldaşlıq görüşündə uşaqlar çox yaxşı performans göstərdilər. Gənc futbolçularımıza da şans yaratdıq. Bir neçə mövqeni daha da gücləndirmək niyyətindəyik. Qalmaq istəyənləri saxlayacağıq. İkinci mərhələ haqda indidən danışmaq tezdir. Çünki dəyişikliklər ola bilər”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də “Sparta Belfats” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Digər xəbərlər
22:55 Xalq şairi Rəsul Rzanın ev-muzeyi açıldı
22:44 İyunun 2-də qaz kəsiləcək - Bu ərazilərdə
22:36 Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər
22:33 Nevroloji xəstəliklərin səbəbi və müalicəsi - Hansı əlamətlər insultdan xəbər verir?
22:23 Nazirlər Xankəndidə keçiriləcək zirvə toplantısını müzakirə etdilər - YENİLƏNDİ
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək