hemle

Hərbi ekspert: "Arsenalımızda olan silahların mütəmadi olaraq yenilənməsi zərurətə çevrilir"

Tarix:12-08-2024, 16:00
Baxış Sayı:792

Hərbi ekspert: "Arsenalımızda olan silahların mütəmadi olaraq yenilənməsi zərurətə çevrilir"
"Azərbaycan Ordusunun gücləndirilməsində iqtisadiyyatın mühüm rolu var. Bu, təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Çünki inkişaf edən ölkələrin ordularına və büdcələrinə baxdığımız zaman bunu aydın şəkildə görürük".

Bu sözləri açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonra ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət ordumuzun güclənməsində mühüm rol oynayıb:
"Azərbaycan hərbi təhsil sahəsində bir çox yeniliklərə imza atıb. Hərbi təhsil müəssisələrimizin yenidən formalaşdırılması, onun maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması bu sahədə atılmış ilk addımlardır. Bununla yanaşı, artıq İkinci Qarabağ müharibəsində ordumuzun formalaşdırılması və silah-sursat arsenalımızın yenilənməsini müşahidə etdik. Əlbəttə ki, bütün bunların həyata keçirilməsi üçün güclü iqtisadiyyat lazımdır. Bir çox yeni nəsil silah-sursat var ki, onların ordumuzun sərəncamına verilməsi və eyni zamanda bu silah-sursatı tətbiq edəcək peşəkar heyətin hazırlanması ciddi maliyyə vəsaiti tələb edir. Ölkəmiz bu istiqamətdə də qarşıya qoyulan bütün məqsədlərin öhdəsindən uğurla gəlir".

"Bu gün hərbçilər təkcə Azərbaycanda deyil, eyni zamanda dünyanın bir çox inkişaf etmiş ölkələrində kurslara və təlimlərə cəlb olunurlar, yeni nəsil silahların öyrənilməsi ilə bağlı ciddi addımlar atılır. Əlbəttə ki, biz cari dövrdə dünyada baş verən proseslərə baxdığımız zaman, hətta dünyanın inkişaf etmiş ölkələrinin belə, müharibələrin gedişatında, eləcə də təminat-təchizat məsələlərində məhz Azərbaycan Ordusunun döyüş üslubundan öyrənəcəyi çox şeyin olduğunu müşahidə edirik. Bununla yanaşı, Azərbaycan artıq ildən-ilə müdafiə və təhlükəsizlik xərclərini artırmaqla bu sahəyə daimi diqqətin olduğunu nümayiş etdirir. Gələn il 7.1 milyard manatdan artıq vəsaitin bu sahəyə xərclənməsinin nəzərdə tutulması da bir daha göstərir ki, iqtisadiyyatımız yüksəldikcə ordu xərclərimizin artması da qaçılmaz olur. Çünki sürətli şəkildə dəyişən və müasir müharibələrin aparılması üçün tələb olunan silah-sursata nəzər yetirəndə hərbi arsenalımızda olan silahların da mütəmadi olaraq yenilənməsi zərurətə çevrilir. Bütün bu prosesləri həyata keçirmək üçün isə güclü iqtisadiyyata ehtiyac var", - deyə ekspert vurğulayıb.

Müsahibimiz onu da əlavə edib ki, bu gün Azərbaycan iqtisadiyyatı sırf müdafiə və təhlükəsizlik sahəsində qarşıya qoyulan məqsədlərə çatmağımızı yetərincə təmin edir:

"Bundan sonra da iqtisadiyyatımız gücləndikcə hərbi sahədə də dinamikanın artmasını müşahidə edəcəyik".

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ