hemle

Azərbaycanda ordu quruculuğuna xüsusi diqqəti şərtləndirən səbəb: Ermənistan kimi işğalçı varsa...

Tarix:9-08-2024, 16:30
Baxış Sayı:768

Azərbaycanda ordu quruculuğuna xüsusi diqqəti şərtləndirən səbəb: Ermənistan kimi işğalçı varsa...
Müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq siyasəti ilə üzləşməsi və ərazilərinin işğala məruz qalması Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət göstərilməsini şərtləndirib.

Torpaqlarımızın işğaldan azad olunmasını təmin edən 44 günlük Vətən müharibəsi ordu quruculuğumuzda innovativ texnikalardan istifadə olunmasını bir daha nümayiş etdirdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin daha geniş vüsət aldığını bir daha vurğulamışdı.

İqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanın güclü iqtisadi potensialının müasir ordu quruculuğuna təsirləri haqqında Oxu.Az-a açıqlamasında qeyd edib ki, güclü iqtisadi potensial möhkəm ordu quruculuğunda əsas faktorlardan biridir.

"Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi Milli Ordumuzun maddi-texniki bazasının daha da möhkəmlənməsinə, hərbçilərimizin sosial təminatının gücləndirilməsinə xüsusi töhfə verib. Yalnız dövlət büdcəsindən il ərzində milli təhlükəsizlik üçün ayrılan vəsaitin həcmi altı milyard manatdan çoxdur. Bu, birmənalı şəkildə Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmlənməsinə, ordumuzun daha da güclənməsinə xidmət edir.

Bütün bunlarla yanaşı, həm də hərbçilərimizin sosial təminatı və mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı da kifayət qədər ciddi sosial layihələr həyata keçirilir. 2024-cü ilin dövlət büdcəsindən də bu istiqamətdə vəsaitin ayrılması nəzərdə tutulub.

Artıq Müdafiə Nazirliyi tərəfindən 20 il qüsursuz hərbi xidmət keçmiş vətəndaşlarımız üçün mənzil təminatı ilə bağlı qurumun internet səhifəsində onlayn bölmə istifadəyə verilib. Bu da imkan verəcək ki, hərbçilərimiz daha qısa zamanda rahat prosedurdan keçməklə mənzillərə sahib ola bilsinlər.

Bu baxımdan, Azərbaycan Ordusunun inkişafı və hərbçilərimizin sosial təminatının gücləndirilməsi daimi prioritet məsələlərdəndir. Məhz bu hədəflərin reallaşmasına imkan yaradan da ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində formalaşan güclü, iqtisadi potensialdır", - deyə V.Bayramov qeyd edib.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ