hemle

Azərbaycanlı gənc BMT-nin Beynəlxalq Hüquq Komissiyasında təcrübə keçib

Tarix:12-08-2024, 13:00
Baxış Sayı:527

Azərbaycanlı gənc BMT-nin Beynəlxalq Hüquq Komissiyasında təcrübə keçib
Azərbaycanlı gənc Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Hüquq Komissiyasında təcrübə keçib.

Orta məktəbi qızıl medalla bitirmiş, Prezident təqaüdçüsü Ayxan Dadaşov BMT-nin Beynəlxalq Hüquq Komissiyasının 2024-cü ilin iyul-avqust aylarında baş tutan 75-ci sessiyasında Beynəlxalq Hüquq Komissiyasının üzvü Professor Klaudio Qrossmanın Hüquqi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb. Bu müddət ərzində o, Komissiyanın plenar iclaslarında iştirak etmiş və beynəlxalq hüququn müxtəlif sahələri üzrə müvafiq araşdırmalar aparıb.

Ayxan Dadaşov Hüquqşünaslıq üzrə bakalavr dərəcəsini 2023-cü ildə ADA Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə, Beynəlxalq hüquq üzrə magistr dərəcəsini isə 2024-cü ildə "Global Talent Development" təqaüdü ilə təhsil aldığı Amerikan Universitetini fərqlənmə ilə bitirərək əldə edib.
Ayxan Dadaşovun beynəlxalq hüququn müxtəlif sahələri üzrə elmi məqalələri aparıcı akademik jurnallarda nəşr olunub. O, həmçinin Amerika Beynəlxalq Hüquq Cəmiyyətinin üzvüdür.

Qeyd edək ki, Beynəlxalq Hüquq Komissiyası BMT-nin nəzdində fəaliyyət göstərən və beynəlxalq hüququn təkmilləşdirilməsi və kodifikasiyasına məsul olan qurumdur.

Digər xəbərlər
22:16 Bu tarixdən məktəblərdə yaz tətili başlayır
22:12 Siyasi partiya nümayəndələri Laçına səfər etdilər
21:45 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydalar dəyişdi
21:40 İnsan bədənində yeni xərçəng "PROVOKATOR"U TAPILDI
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq