hemle

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Tarix:12-08-2024, 09:00
Baxış Sayı:754

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Avqustun 12-də saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.

Düşən yağıntının miqdarı: Qrız, Gədəbəydə 10 mm, Oğuz, Balakəndə 7 mm, Qax, Şahdağ, Qusarda 6 mm, Daşkəsən, Sədərəkdə 4 mm, Xaltan, Göygöldə 3 mm, Şəki, Quba, Şərurda 2 mm, Naftalan, Qəbələ, Zaqatala, Şabran, Tərtər, Yevlaxda bir mm-dək olub.

Şimal-qərb küləyinin sürəti arabir sarı xəbərdarlığa uyğun olaraq, Culfada 21 m/san, Bakıda və Abşeron yarımadasında 18 m/san-dək güclənib.

"Neft daşları" stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Daşkəsən, Lerik, Balakən, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-də 37, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti olub.

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR