hemle

Politoloq: "Ulu öndər Heydər Əliyevin müdrik siyasəti Azərbaycanı təlatümlü dövrdən xilas etd

Tarix:10-08-2024, 16:30
Baxış Sayı:887

Politoloq: "Ulu öndər Heydər Əliyevin müdrik siyasəti Azərbaycanı təlatümlü dövrdən xilas etd
"Azərbaycan 1990-cı illərin əvvəllərində müstəqillik əldə edəndən sonra çox ciddi problemlərlə, xüsusilə də dövlət təhlükəsizliyi istiqamətində çətinliklərlə üzləşmişdi. Məhz belə bir tarixi anda Azərbaycan xalqı müdrik davranaraq ulu öndər Heydər Əliyevə müraciət edərək batmaqda olan Azərbaycan adlı gəminin sükanını ona etibar etdi".

Bunu politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev uzaqgörən, müdrik və qətiyyətli siyasəti ilə Azərbaycanı bu təlatümlü dövrdən uğurla çıxararaq, stabil inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratdı:

"Xüsusilə də 1994-cu ildə "Əsrin müqaviləsi" adı ilə tarixə düşən neft müqaviləsinin imzalanması Azərbaycanın strateji inkişaf xəttini müəyyən etdi. Yeni müstəqil dövlət olan Azərbaycanın maliyyə mənbələrini əldə etməsi, böyük həcmdə investisiyaların cəlbi ciddi sosial-iqtisadi problemlər məngənəsində olan ölkə iqtisadiyyatının dirçəliş mərhələsinə qədəm qoymasına zəmin yaratdı.



Paralel şəkildə, dövlətimiz həm də Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə idi. Ard-arda torpaqlarımız işğal olunur, yüzminlərlə vətəndaşımız məcburi şəkildə yurd-yuvasından köçkün düşürdü. Belə bir şəraitdə ulu öndər Heydər Əliyev yenə də müdrik siyasət yürüdərək Azərbaycanı növbəti qələbələrə apara biləcək çox ağıllı və strateji qərar qəbul etdi. Belə ki, Ermənistanla atəşkəs əldə edildi və məhz bundan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli inkişaf mərhələsinə keçdi".

"1990-cı illərin əvvəllərində qəbul olunmuş neft strategiyası isə ölkə iqtisadiyyatı ilə yanaşı, digər sahələrin inkişafında da başlıca rol oynadı. Həmçinin, ulu öndər Azərbaycan daxilində milli-etnik zəminli münaqişələr formalaşdırmaq, bununla da ölkəni parçalamaq kimi məkrli niyyətdə olan kənar qüvvələrin planlarını məhv edərək, azərbaycançılıq ideologiyasını ön plana çıxartdı. Məhz onun rəhbərliyi ilə formalaşıb həyata keçirilən bu ideologiya milli, dini, irqi fərqliliyindən asılı olmayaraq hər bir vətəndaşımızın azərbaycançılıq məfkurəsi ətrafında birləşməsinə stimul verdi, zəmin yaratdı. Qısa müddət ərzində Azərbaycanın Konstitusiyası qəbul edildi və ölkəmizin inkişafını müəyyən edəcək strateji dövlət planları təsdiqləndi. Eyni zamanda, ciddi torpaq islahatları həyata keçirildi və sənayenin, iqtisadiyyatın milliləşməsi, torpaqların özəlləşdirilməsi hesabına iqtisadiyyatımız tənəzzül dövrünü yekunlaşdırıb inkişaf mərhələsinə qədəm qoydu", - politoloq vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Azərbaycan sürətlə inkişaf etməyə başlasa da, çox böyük bir problemimiz, torpaqlarımızın 20 faizinin işğal altında olması ulu öndəri daim narahat edirdi və məhz bunun nəticəsində o istər xarici səfərlərində, istərsə də ölkə vətəndaşları ilə görüşlərində hər zaman yaralı yerimiz kimi Qarabağ məsələsinə toxunur və vaxtı gələndə torpaqlarımızın azad olunacağını, vətəndaşlarımızın da dədə-baba yurdlarına qayıdacaqlarını bəyan edirdi:

"Bunu həyata keçirmək üçün Heydər Əliyevin həyatda olduğu dövrdə iqtisadiyyatın gücləndirilməsi, sənayenin inkişaf etdirilməsi və digər sahələrlə yanaşı, həm də layiqli vətəndaş formalaşdırılması istiqamətində milli ideologiya yarandı. Eyni zamanda, ordu quruculuğu sahəsində çox ciddi addımlar atıldı. Bir çox müttəfiq və dost dövlətl
"Neft müqavilələrindən əldə edilən böyük vəsaitlər Azərbaycana daxil oldu və məhz ulu öndərin əsasını qoyduğu güclü dövlət konsepsiyasını İlham Əliyevin məharətlə davam etdirməsi nəticəsində ölkəmiz qısa müddətdə regionun ən sürətlə inkişaf edən dövlətinə çevrildi. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu, eləcə də Qoşulmama Hərəkatının ən mühüm üzvlərindən birinə çevrilərək bir neçə dəfə bu təşkilata rəhbərlik etdi. Məhz bu dövrdə Azərbaycanın haqq səsinin eşitdirilməsinə və əleyhimizə olan beynəlxalq ictimai rəyin dəyişdirilməsinə nail olduq. Nəticədə, 1990-cı illərdən fərqli olaraq, 2020-ci ildə Vətən müharibəsi zamanı ermənilərin və havadarlarının yalan məlumatları dünya ictimaiyyəti üçün əvvəlki qədər inandırıcı olmadı. Azərbaycan yalnız öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apardığını və heç bir dövlətin ərazisində gözü olmadığını sübut etdi".

Politoloq onu da əlavə edib ki, dövlət suverenliyimizin bərpası istiqamətində mühüm uğurlar əldə edilməsinin kökü də məhz 1993-cü ildə ulu öndərin hakimiyyətə gəlməsindən sonra əsası qoyulan siyasətdir.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ