hemle

Azərbaycan Prezidenti ekvadorlu həmkarını təbrik edib

Tarix:10-08-2024, 16:00
Baxış Sayı:546

Azərbaycan Prezidenti ekvadorlu həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Ekvador Respublikasının Prezidenti Daniel Noboa Azinə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ekvador Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Ekvador arasında münasibətlər daha da genişlənəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar