hemle

Naxçıvanda elektrik enerjisinin terminallarda ödənişi bərpa olunur

Tarix:10-08-2024, 13:30
Baxış Sayı:779

Naxçıvanda elektrik enerjisinin terminallarda ödənişi bərpa olunur
Naxçıvanda elektrik enerjisinin terminallarda ödənişi bərpa olunur.

“Naxçıvanbank” ASC-nin adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyindən 23 iyun 2024-cü il tarixində saat 23:00-da ona məxsus ödəmə məntəqələrində elektrik enerjisinin dəyərinin ödənilməsi və smarkart tipli sayğacların balansının artırılması dayandırılıb.

Çətinliyi aradan qaldırmaq üçün muxtar respublikanın Dövlət Energetika Xidməti “MPAY” Qapalı Səhmdar Cəmiyyəti ilə smart kart tipli elektrik sayğaclarının balansının artırılması və onlayn ödənişlərin ödənilməsi məqsədilə müqavilə imzalayıb.

Hazırda Naxçıvan şəhəri üzrə bir neçə yerdə - Əliabad qəsəbəsindəki "Baba" marketdə, Aviakassanın və əvvəlki "Naxçıvanbank"ın qarşısındakı ödəmə məntəqələrində smartkart tipli elektrik sayğaclarının ödənişlərinin bərpası təmin olunub. Gələn həftənin ortasına qədər bütün muxtar republika üzrə ödəmə məntəqələrində smartkart tipli elektrik sayğaclarının balansını artırmaq mümkün olacaq.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT