hemle

Şahin Seyidzadə kimdir?

Tarix:9-08-2024, 17:00
Baxış Sayı:768

Şahin Seyidzadə kimdir?

Şahin Kamil oğlu Seyidzadə 1978-ci il aprelin 15-də Bakıda anadan olub. Ailəlidir, iki övladı var. İngilis və Rus dillərində sərbəst danışa bilir. 1995-ci ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin İdarəetməsi" ixtisası üzrə magistr dərəcəsini alıb. 2007-ci ildə Rusiya Federasiyası Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb. 2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsini alıb. 1999-2019-ci illərdə müxtəlif ictimai təşkilat, layihə, proqram və təşəbbüslərin rəhbəri olub. 2012–2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olub. 2012–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub. 2019-2022-cu illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəri olub. 2022-ci ildən Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvüdür. Bir neçə biznes sahələrində rəhbər vəzifələrində çalışıb. 2015-2020-ci illər - Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları"nın İcra Komitəsinin rəhbəri olub. 9 fevral 2020-ci il – 3 mart 2022-ci il - 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil, Gənclər və idman komitələrinin, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü olub. 3 mart 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. 28 yanvar 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir.

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar