hemle

"Qarabağ"ın məğlubiyyətindən sonra əmsallar cədvəlində geriləmişik

Tarix:8-08-2024, 11:30
Baxış Sayı:652

"Qarabağ"ın məğlubiyyətindən sonra əmsallar cədvəlində geriləmişik
Ölkələrin UEFA əmsallar cədvəlində avrokubokların iki günündən sonra müəyyən dəyişikliklər olub.

Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın da mövqeyinə təsir edib. Belə ki, Slovakiya xal hesabında ölkəmizə çatsa da, əlavə göstəricilərə görə cədvəldə bizdən öndə qərarlaşıb.

Hazırda aktivində 18.375 xal olan Azərbaycan 24-cü sıradadır. Cari mövsümün qazancı "Qarabağ"ın məğlubiyyətinə görə dəyişməz qalıb və 1.625-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 0.750 xal, "Qarabağ" 0.500 xal, "Sabah" 0.250 xal, "Sumqayıt" isə 0.125 xal əldə edib. Xatırladaq ki, mövsümə dörd komanda ilə başlasaq da, gənclik şəhərinin təmsilçisi artıq mübarizəni dayandırıb.

Bu gün baş tutacaq oyunlardan sonra cədvəl mövqeyimiz xeyrimizə dəyişə bilər.

Sonda qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 89.160 xal.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ