hemle

Dünyanın ən məşhur qazlı içkilərinin istehsalçısı rekord məbləğdə cərimə oluna bilər 83 2

Tarix:3-08-2024, 13:30
Baxış Sayı:685

Dünyanın ən məşhur qazlı içkilərinin istehsalçısı rekord məbləğdə cərimə oluna bilər  83  2
ABŞ məhkəməsi dünyanın ən məşhur qazlı içkilərinin əksəriyyətini istehsal edən "Coca-Cola" şirkətini qanunu pozduğuna görə rekord məbləğdə cərimə kəsib.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu da "Coca-Cola"nın tarixində ən böyük cərimə ola bilər. Korporasiyanın ABŞ-də 10 ildən artıqdır ki, vergi ödəmədiyi bildirilir.

"Bu gün ABŞ-nin Vergi Məhkəməsi "Coca-Cola Company" ilə ABŞ-nin Daxili Gəlir Xidməti arasında davam edən vergi işi ilə bağlı qərar çıxarıb. Qərarda təqribən 2.7 milyard dollarlıq (4.59 milyard manat) öhdəlik var. Tətbiq olunan faizlər də daxil olmaqla, ümumi məbləğin təxminən 6 milyard dollar (10.2 milyard manat) olacağı gözlənilir", - deyə şirkətin açıqlamasında bildirilir.

Məlumata görə, "Coca-Cola"nın gəlirlərinin böyük hissəsini xarici filiallarına köçürdüyünü görən ABŞ hakimiyyəti sistematik olaraq şirkəti vergidən yayınmaqda ittiham edib. Lakin korporasiyanın özündə hesab edirlər ki, ABŞ Daxili Gəlir Xidməti ticarət nəhəngi ilə bağlı öz qanunvericiliyini səhv şərh edib.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları