hemle

Bu günün hava PROQNOZU

Tarix:20-07-2024, 10:00
Baxış Sayı:646

Bu günün hava PROQNOZU
İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb.



Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.



Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.



Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.



Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 14-18° isti, gündüz 18-23° isti olacaq.

Digər xəbərlər
10:59 Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO
10:56 Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ - 10 il sonra üz dərinizdə...
10:47 Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb
10:45 Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar
10:43 "D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı
10:40 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
10:38 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
10:36 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür