hemle

Təqaüdçülərin kartlarını talayan şəxs saxlanıldı

Tarix:19-07-2024, 15:00
Baxış Sayı:646

Ondan kömək istəyən təqaüdçülərin kartlarını talayan Lənkəran sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun tanımadığı şəxs tərəfindən oğurlandığı barədə polisə məlumat verib.

Lənkəran Şəhər Rayon Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub.

Araşdırmalarla K.Əlizadənin kömək üçün ona müraciət edən digər üç təqaüdçünün kartından da oğurluq etdiyi müəyyən edilib.

O, bankomatların yaxınlığında dayanaraq kömək istəyən təqaüdçülərin kartlarını alaraq əvəzində onlara müddəti bitmiş başqa bank kartları qaytarıb.

K.Əlizadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı