hemle

Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıb

Tarix:9-05-2024, 12:30
Baxış Sayı:679

Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə alış-veriş məqsədilə yaradılan sosial şəbəkə qruplarında vətəndaşlara qarşı dələduzluq edən 21 yaşlı Ümid İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Ü.İsmayılov əvvəlcə onlayn satış etmək üçün işçi tələb olunması barədə elan verib.

Həmin şəxsləri aylıq maaş verəcəyi vədi ilə aldadaraq onlardan müəyyən məbləğdə depozit alıb. Daha sonra o, tanınmış markaların sosial şəbəkə səhifələrindən geyim fotoları köçürərək sosial şəbəkə qruplarında paylaşıb. Alış-veriş etmək istəyən müştərilər ödənişi Ü.İsmayılovun “işə götürdüyü” şəxslərin bank kartına, onlar isə öz növbəsində saxlanılan şəxsin hesabına transfer ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bildirilib ki, Ü.İsmayılovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?