hemle

Bu gün DİM GRE imtahanı keçirəcək

Tarix:19-07-2024, 11:30
Baxış Sayı:621

Bu gün DİM GRE imtahanı keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün GRE imtahanı keçirəcək.
ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı iyulun 19-da Dövlət İmtahan Mərkəzinin Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

Qeyd edək ki, GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir. GRE: ümumi testi 160-dan çox ölkənin 1000-dən artıq test mərkəzində keçirilir.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu