hemle

Sabahın hava proqnozu AÇIQLANDI

Tarix:18-07-2024, 16:30
Baxış Sayı:646

Sabahın hava proqnozu AÇIQLANDI
Ölkə ərazisində iyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 14-18° isti, gündüz 18-23° isti olacaq.

Digər xəbərlər
10:59 Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO
10:56 Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ - 10 il sonra üz dərinizdə...
10:47 Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb
10:45 Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar
10:43 "D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı
10:40 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
10:38 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
10:36 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür