hemle

Ərdoğan: "Biz Rusiya və Çinlə bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik"

Tarix:17-07-2024, 09:00
Baxış Sayı:764

Ərdoğan: "Biz Rusiya və Çinlə bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik"
"Türkiyə Qərb naminə Şərqdən üz döndərmir və Şərq naminə Qərbi diqqətdən kənarda qoymur, bütün dövlətlərlə öz maraqları əsasında əlaqələr qurur".

Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair müraciətində deyib.

"Heç kimin bizi ittifaqlarla məhdudlaşdırmasına imkan verməyəcəyik. Biz görürük ki, dostlarımızın sayının artması ilə bağlı təşəbbüslər təkcə bizə deyil, qonşularımıza da lazımdır", - deyə Ərdoğan bildirib.

O xatırladıb ki, iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammiti çərçivəsində Rusiya Federasiyası və Çin liderləri Vladimir Putin və Si Cinpinlə danışıqlar aparıb.

"Görüşlərimiz çox məhsuldar keçdi, biz Rusiya və Çinlə bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik", - Türkiyə prezidenti qeyd edib.

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar