hemle

“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılıb

Tarix:16-07-2024, 17:00
Baxış Sayı:744

“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılması barədə Fərman imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, müəyyən edilib ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir.

Fərmanla Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılacaq, bankın fəaliyyətinə cari rəhbərliyi isə icraçı direktor həyata keçirəcək.

Nazirlər Kabineti Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etməlidir.

Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirəcəklər.

Digər xəbərlər
15:17 Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
15:04 İsrailin öldürdüyü iranlı nüvə alimlərinin SİYAHISI
15:02 İranın İsrailə hücumu nəticəsində ölənlərin sayı artdı
14:59 Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
14:57 İrandan Azərbaycana təxliyə edilən ruslar Moskvaya nə vaxt göndəriləcək?
14:55 İsrail İrana qarşı hərbi əməliyyatı genişləndirdi
14:53 70 min nəfərin maaşı artırılacaq
14:48 Dünya qlobal müharibəyə bu qədər yaxın olmayıb - FƏLAKƏT XƏBƏRDARLIĞI