hemle

AVRO-2024: İngiltərə finalda

Tarix:11-07-2024, 09:30
Baxış Sayı:875

AVRO-2024: İngiltərə finalda
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Dortmunddakı "Siqnal İduna Park"da İngiltərə millisi qələbə qazanıb - 1:2.

Matçda 7-ci dəqiqədə Xavi Simons "narıncılar"ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə isə Olli Uotkins adını tabloya yazdırmaqla ingilislərin qalibiyyət qoluna imza atıb.

Qeyd edək ki, finala yüksələn Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da keçiriləcək.

00:50

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə növbəti qol vurulub.

İngilislər hesabda önə keçiblər.

Komandada 90+1-ci dəqiqədə Olli Uotkins fərqlənib.

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR