hemle

Qərbi azərbaycan əslli siyasətçi partiya qurub

Tarix:10-07-2024, 21:00
Baxış Sayı:906

Qərbi azərbaycan əslli siyasətçi partiya qurub
Bu günlərdə Türkiyədə Anka Partiyası(Ankapar) adlı yeni bir partiya qeydiyyatdan keçib. Bu barədə ___ - a açıqlamasında partiyanın sədri, əslən qərbi Azərbaycandan siyasətçi dr.Derya Akdemir məlumat verib. O, bildirib ki, uzun illərdir ictimai sektorda fəaliyyəti olan Anka Der bu yaxınlarda siyasi sferada öz yerini almaq üçün fəaliyyətə başlayıb: " Əlbəttə, bunun üçün bir hüquqi prosedur lazım idi. Bu hüquqi proseduru tamamladıqdan sonra dünən artıq partiyanın qeydiyyatdan keçdiyinin xəbərini aldıq. Türkiyədə mövcud olan Vətənin və Türk dünyasının bütün düşünən insanlarını partiyamızın loqosu altında bir yerə toplamaq, daha aydın gələcək üçün hərəkət etmək ən böyük idealımızdır. Yeni Dünya düzənində Türk millətinin sabahının aydınlıq olacağına canı könüldən inanırıq. Siyasi - iqtisadi, sosial - mədəni konsepsiyalarla türk millətinə xidmət göstərəcəyimizdən hər kəs əmin olsun. Daxildə baş verən proseslərlə yanaşı eyni zamanda beynəlxalq aləmdə baş verənlər də diqqət mərkəzimizdə olacaq. Ölkəmizin və Türk dünyasının prioritet maraqlarını qorumaq üçün güclənəcək, daxilimizdə bizi narahat edən məqamlarla bağlı həll variantları tapmaqla yanaşı, Türkün dünyada artan gücünə də güc qatacağıq. Anka Partiyası olaraq, partiyamız qurulmamışdan öncə hər zaman necə Azərbaycanın haqlı mövqeyini indiyə kimi necə dəstəkləmişiksə, bundan sonra da elə olacaq. Tarixi torpaqlarına geri qayıdış üçün səfərbər olan qərbi Azərbaycanlı soydaşlarımızın da mübarizəsini ən ali kürsülərdən dilə gətirəcəyik. Bundan heç kimin şübhəsi olmasın". - deyə o, bildirib.

Digər xəbərlər
10:59 Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO
10:56 Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ - 10 il sonra üz dərinizdə...
10:47 Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb
10:45 Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar
10:43 "D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı
10:40 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
10:38 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
10:36 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür