hemle

Rusiyada səkkiz yaşlı qız məktəbi bitirdi

Tarix:2-07-2024, 12:30
Baxış Sayı:632

Rusiyada səkkiz yaşlı qız məktəbi bitirdi
Məşhur vunderkind Alisa Teplyakovanın səkkiz yaşlı bacısı Leya orta təhsil haqqında attestat alıb.

Bu barədə onun atası Yevgeni Teplyakov "YouTube"dakı "Alisa ilə öyrənək" bloqunda bildirib.

Yevgeni məzunlar üçün təşkil edilən bayram konsertində ulduzlarla birlikdə Leyanın skuter sürməsi və rəqs etməsinin, eləcə də uşağa attestatın təqdim edilməsinin görüntülərini dərc edib.

Attestatı qıza 626 nömrəli məktəbin direktor müavini Svetlana Lupanova təqdim edib. Qeyd edək ki, Leyanın böyük bacısı Alisa da səkkiz yaşında məktəbi bitirəndən sonra Moskva Dövlət Universitetinə daxil olub. Tezliklə 12 yaşı tamam olacaq Alisa sertifikatlı psixoloq, maliyyəçi, iqtisadçı, riyaziyyatçı və proqramçıdır.

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar