hemle

AVRO - 2024: İngiltərə qrup lideri oldu

Tarix:26-06-2024, 11:30
Baxış Sayı:564

AVRO - 2024: İngiltərə qrup lideri oldu
İngiltərə və Sloveniya milli komandaları arasında matç başa çatıb.

Görüş futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçirilib.

Qarşılaşmada qapılara qol vurulmayıb.

Beləliklə də, İngiltərə 5 xalla qrupu lider kimi tamamlayıb. Sloveniya isə 3 xalla 3-cü pillədə qalıb.

23:00

İngiltərə və Sloveniya milli komandaları arasında matça start verilib.

Görüş futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçirilir.

C qrupunun oyunu Kölndəki "Rhein-Energie-Stadion" stadionunda oynanılır.

Qarşılaşmanı Kleman Tyurpinin (Fransa) başçılıq etdiyi hakimlər heyəti idarə edir.

Qeyd edək ki, qrupun turnir cədvəlinə dörd xalla İngiltərə yığması başçılıq edir. İkinci və üçüncü yerləri hərəyə iki xal toplayan Danimarka və Sloveniya tutur. Dördlüyü cəmi bir xalı olan Serbiya komandası tamamlayır.

Beləliklə də, bu qrupda bütün komandaların yarışın pley-off mərhələsinə çıxmaq şansı var.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ