hemle

Doqquz minə yaxın müəllim üçün sertifikasiya imtahanı başlayıb

Tarix:21-06-2024, 13:30
Baxış Sayı:759

Doqquz minə yaxın müəllim üçün sertifikasiya imtahanı başlayıb
Riyaziyyat fənni üzrə müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi başlayıb.
Ümumilikdə ona yaxın məktəbdə doqquz minə yaxın müəllim imtahan verir.

Məlumat üçün bildirək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizəd topladığı balı kompüterin ekranında görür.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti beş il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir.

Qeyd edək ki, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə ilk dəfə cəlb olunacaq müəllimlər üçün test imtahanı mərhələsi iyunun 22-si və 24-də davam edəcək.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu