hemle

AVRO-2024: Qrup mərhələsində ikinci tur başlayır - AFİŞA

Tarix:19-06-2024, 09:00
Baxış Sayı:817

AVRO-2024: Qrup mərhələsində ikinci tur başlayır - AFİŞA
AVRO-2024-ün qrup mərhələsində ikinci tura Xorvatiya - Albaniya, Almaniya - Macarıstan, Şotlandiya - İsveçrə görüşləri ilə start veriləcək.
Ilk görüşdə 5:1 hesabı ilə qalib gələn Almaniya millisi bu dəfə Macarıstan seçməsini sınağa çəkəcək. İsveçrə də Macarıstanla görüşdə əldə etdiyi 3:1 hesablı qələbədən ruhlanaraq yenidən azarkeşlərini sevindirmək niyyətindədir.

B qrupunda İspaniya, İtaliya və Albaniya milliləri ilə rəqib olan Xorvatiya isə ilk turdakı məğlubiyyəti unutdurmaq niyyətindədir. Amma İtaliya ilə görüşdə inamlı təsir bağışlayan Albaniya seçməsi ilə matçda bu, heç də asan vəzifə sayılmır. Xorvatiya milli komandasının inamsız çıxışı və albanların İtaliya millisi ilə görüşdəki uğurlu oyunu sürpriz nəticənin ola biləcəyi siqnalını verir.

19 iyun

Xorvatiya - Albaniya

Saat 17:00 - "Volks park stadion"

Almaniya - Macarıstan

Saat 20:00 - "Stutgart Arena"

Şotlandiya - İsveçrə

Saat 23:00 - "Rhein Energie Stadion"


Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?