hemle

AK Parti nümayəndə heyəti Azərbaycana gəlir, Şuşada keçiriləcək tədbirdə iştirak edəcəklər

Tarix:13-06-2024, 18:45
Baxış Sayı:762

AK Parti nümayəndə heyəti Azərbaycana gəlir, Şuşada keçiriləcək tədbirdə iştirak edəcəklər\
Bu gün Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Bu barədə Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım məlumat verib.

O bildirib ki, səfər Yeni Azərbaycan Partiyasının dəvəti əsasında həyata keçiriləcək:

"Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər və Fəxri xiyabanları, “Türk şəhidliyi” abidəsini ziyarət edəcəklər. Daha sonra AK Parti nümayəndə heyəti Şuşaya səfər edəcək. Orada 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin növbəti ildönümü ilə bağlı təşkil olunacaq tədbirdə iştirak edəcəklər".

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?