hemle

Milli komandalarımızın Avropa Kubokundakı rəqibləri bəlli olub

Tarix:10-06-2024, 15:00
Baxış Sayı:734

Milli komandalarımızın Avropa Kubokundakı rəqibləri bəlli olub
Azərbaycanın qadın və kişilərdən ibarət 3x3 basketbol millilərinin Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kubokunda potensial rəqibləri müəyyənləşib.

Qadınların turnirində Azərbaycan millisi ilə yanaşı, Avstriya (ev sahibi), Niderland (2023-cü ilin qalibi), Fransa, Almaniya, Macarıstan, İspaniya və İtaliya komandaları iştirak edəcəklər.

Kişi basketbolçularımızın rəqibləri isə Avstriya (ev sahibi), Serbiya (2023-cü ilin qalibi), Litva, Niderland, Fransa, İspaniya və Xorvatiya komandaları olacaqlar.

Bratislava (Slovakiya) və Buxarest (Rumıniya) şəhərlərində iyunun 15-16-da keçiriləcək seçmə turnirlərdən sonra daha dörd komanda Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, 9-cu dəfə keçiriləcək Avropa Kubokda 12 kişi və 12 qadın komandası mübarizə aparacaq. Azərbaycan milliləri Kosovonun paytaxtı Priştinada keçirilən seçmə turnirdə qalib gələrək yarışın final mərhələsində oynamaq hüququna yiyələnib.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ