hemle

Hacıqabulda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Tarix:7-06-2024, 13:20
Baxış Sayı:698

Hacıqabulda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Hacıqabul rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb.

Hadisə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Bakının Qaradağ rayon sakini 1998-ci il təvəllüdlü Allahverdiyev Bayram Araz oğlu və Ağstafa rayon sakini 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Arif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR