hemle

Azərbaycanda sahibkar qadınların ¼-i kənd təsərrüfatında fəaliyyət göstərir

Tarix:22-05-2024, 13:30
Baxış Sayı:678

Azərbaycanda sahibkar qadınların ¼-i kənd təsərrüfatında fəaliyyət göstərir
Azərbaycanda sahibkar qadınların 25,4 %-i kənd təsərrüfatı, 21,5 %-i ticarət, 35,3 %-i isə xidmət sektorunda fəaliyyət göstərir.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "SHE Congress"də bildirib.

"Dövlət Statistika Komitəsinin 2024-cü ilin may ayına olan məlumatına əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadın sahibkarların sayı 300 mindən çox olub. Bu gün qadınların mövcud potensialından istifadə olunması cəmiyyətimizin tərəqqisi üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda həm qlobal səviyyədə, həm də ölkədə qadın sahibkarlığının çəkisinin artması müşahidə edilir, qadınlar kiçik biznes qurmağa, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər. Prezident İlham Əliyev ölkənin dayanıqlı və inkluziv inkişafına xüsusi diqqət yetirir. Son illərdə iqtisadi inkişafla bağlı təsdiq edilən sənədlərdə qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi, qadın sahibkarlığının inkişafına yönəlmiş müddəalar öz əksini tapıb", - deyə o qeyd edib.

O.Məmmədov deyib ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il Sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nda qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilib. Eyni zamanda, icrası 2022-2026-cı illəri əhatə edən "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramında qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir.

Sahibkarlığın, o cümlədən qadın sahibkarlığın inkişafının dəstəklənməsində Birinci vitse-prezidenti Mehriban Əliyeva da ön sırada dayanır. Onun xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Ölkə iqtisadiyyatında qadın sahibkarların artan rolu, məşğulluğun təmin olunmasında qadın sahibkarlığının müstəsna əhəmiyyəti daima təşviq olunur".

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış