hemle

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Tarix:17-05-2024, 17:36
Baxış Sayı:677

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gədəbəy rayonunda «Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi Mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti» mövzusunda Mülki müdafiə məşqi keçirilib.
Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlıq səviyyəsinin, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, həmçinin fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi olub.

Məşqin keçirilmə planına uyğun olaraq, məşqin gedişi zamanı ərazi qüvvələrinin sıra baxışı keçirilmiş, şəxsi heyətin siyahısı, ştat cədvəlinə uyğun texnika və avadanlıqların varlığı, işlək vəziyyətdə olması yoxlanılmış, istifadə qaydaları nümayış etdirilmiş, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ardıcıllığı dəqiqləşdirilmiş, funksional vəzifələr dinlənilib.

Digər xəbərlər
10:05 Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
10:03 Gözlərin altındakı qara dairələr nəyin işarəsidir?
10:00 Tramp Putinə savaş elan etdi: Bu iki lider görün ona hansı məlumatı çatdırıb
09:58 Moskva bu dəfə İrəvana erməni vasitəsilə xəbərdarlıq etdi: Aqibətiniz yaxşı olmayacaq
09:53 Bakıda evlər kəskin bahalaşdı: Səbəbi bəllidir
09:47 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə BAXACAQ
09:44 Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bu tarixdə bərpa ediləcək
09:40 Bu gündən məktəblərdə yaz tətili başlayır