hemle

Nazir: “Aqrar islahatlar Azərbaycanda kənd təsərrüfatının inkişafını gücləndirir”

Tarix:15-05-2024, 16:00
Baxış Sayı:659

Nazir: “Aqrar islahatlar Azərbaycanda kənd təsərrüfatının inkişafını gücləndirir”
Azərbaycanda reallaşdırılan aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir və bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli dəstək tədbirləri həyata keçirilir.

Bunu Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, fermerlərin kənd təsərrüfatı alətlərinə əlçatanlığı təmin edilir, o cümlədən aqrar sığortanın tətbiq dairəsi genişləndirilir.

Nazir deyib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi artıq yalnız texnika və texnologiyaların tətbiqi ilə deyil, həmçinin iqlim dəyişikliklərinin yan təsirlərinə qarşı önləyici tədbirlərin görülməsi ilə mümkündür: “Kənd Təsərrüfatı Nazirliyi olaraq iqlim dəyişkliyinin təsirlərini minimuma endirmək və fəaliyyətin təşkilində iqlim risklərinin qiymətləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülür.
İnanıram ki, sərgi zamanı bu istiqamətdə təşkil olunacaq müzakirələr kənd təsərrüfatının dayanıqlı inkişafına zəmin yaradacaq. Ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi, innovativ texnikalardan geniş istifadə dövlət səviyyəsində dəstəklənir, müasir həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Əminəm ki, fermerlərimiz sərginin yaratdığı bu imkanlardan geniş yararlanaraq innovativ kənd təsərrüfatı texnikalarından, müasir suvarma sistemləri, dəqiq kənd təsərrüfatı həlləri və düzgün aqrotexniki qulluq vasitələrindən geniş istifadə etməklə Azərbaycanda aqrar sahənin davamlı inkişafına öz töhfəsini vermiş olacaq".

M.Məmmədov deyib ki, bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinə ev sahibliyi edəcək: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü il "Yaşıl dünya naminə həmrəylik" ili elan olunub və bu il keçirilən sərgimizdə ətraf mühitin qorunması, “yaşıl enerji” resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb".

Digər xəbərlər
20:44 Metrodan istifadə edənlərə xoş xəbər: Yenilənəcək...
20:41 ABŞ kəşfiyyatının yeni rəhbəri: Qarabağa qanunsuz səfər edib, Ukraynanın “qara siyahı”sındadır
20:34 Ermənistan səfiri Lavrovun görüşünə getdi: İrəvanın KTMT ilə bağlı mövqeyi dəyişib?
20:27 Rəsmi Bakıdan Ermənistana: bu bəyanatların heç bir hüquqi əsası yoxdur
20:23 Bu ölkələr Bakıda iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzaladılar
20:10 Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşdü
20:06 Gecələr yata bilmirsiniz? - Bu üsulla elə yuxuya gedəcəksiniz ki...
15:13 Rusiya ordusu bu kəndi də tutdu