hemle

Bakının Rəsulzadə qəsəbəsində və 3 rayonda qaz kəsiləcək

Tarix:30-04-2024, 12:30
Baxış Sayı:769

Bakının Rəsulzadə qəsəbəsində və 3 rayonda qaz kəsiləcək
Bu gün Bakının Binəqədi, həmçinin Masallı, Kürdəmir və Yardımlı rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, “Alatava” qazpaylayıcı stansiyasında (QPS) Tbilisi prospekti qaz xəttində, "Kürdəmir” və “Sığırlı” ölçü qovşaqlarından qidalanan orta təzyiqli yeraltı qaz xətlərində, "Ordahal-Yardımlı” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və kəmərin 12,4-cü km-də yol keçidində futlyarın yenilənməsi, eləcə də “Masallı Sənaye” qaz ölçü qovşağı üzərində quraşdırılmış kollektorun girişində tənzimləyici qurğunun quraşdırılması ilə bağlı aprelin 30-da saat 09:00-dan "Kürdəmir” və “Sığırlı”, saat 10:00-dan isə “Masallı Sənaye”, "Əngəvül” ölçü qovşaqlarından və Tbilisi prospekti qaz xəttində qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Binəqədi (M.Ə.Rəsulzadə qəsəbəsinin Koroğlu, Üzeyir Hacıbəyov, Faiq Rüstəmov küçələri) və Masallı rayonlarının bir hissəsinin, Kürdəmir və Yardımlı rayonlarının isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Digər xəbərlər
10:07 "ChatGPT" necə işləyir? - Süni intellektin insan kimi danışmasının sirri
10:00 "Sosial yardım" adıyla DƏLƏDUZLUQ: DSMF-dən vətəndaşlara XƏBƏRDARLIQ
09:57 Kor olandan sonra "görməyə" başlayan Vanqa SSRİ rəhbərinə nə demişdi?
09:53 Çindən dünyaya səs salacaq sənəd: COVID-19-un ilk izi ABŞ-də tapılıb
09:49 Eksperiment şüurun beyində harada yerləşdiyini göstərdi
09:46 "Skype" bu tarixdə bağlanacaq
09:20 Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında iştirak etdilər
09:10 Yeni Papanın seçilməsi üçün imanlılara ÇAĞIRIŞ EDİLDİ