hemle

Azərbaycanlı idmançılar ABŞ-də qrapplinq üzrə dünya çempionatında qızıl və gümüş medallar qazanıblar

Tarix:29-04-2024, 10:00
Baxış Sayı:675

Azərbaycanlı idmançılar ABŞ-də qrapplinq üzrə dünya çempionatında qızıl və gümüş medallar qazanıblar
ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançılar qaydasız döyüş növü (MMA) üzrə Avropa, ABŞ və dünya çempionu Elgün Xanoğlanlı, sambo və MMA üzrə Ukrayna çempionu Teymur Həsənov qrapplinq (Grappling, No-Gi) döyüş növü üzrə yarışda ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Şimalı Amerika Qrapplinq Federasiyasının (NAGA) təşkil etdiyi dünya çempionatı Nyu-Cersi ştatında keçirilib.

Hər il ənənəvi olaraq keçirilən və yeddi mindən çox idmançının qatıldığı, dünyanın ən böyük qarışıq qrapplinq turniri hesab olunan yarışda iştirakçılar fərdi və komanda olaraq təmsil olunublar.

Qrapplinq qarşılaşmasında həmyerlimiz E.Xanoğlanlı 70 kq, T.Həsənov isə 100 kq çəkidə güclərini sınayıblar.

Gi və No-Gi versiyaları üzrə keçirilən yarışlarda E.Xanoğlanlı gümüş və bürünc medala, T.Həsənov isə qızıl medala sahib olub. E.Xanoğlanlı yarışı ikinci bitirib, T.Həsənov isə hər üç rəqibinə qalib gələrək birinciliklə bitirərək dünya qrapplinq çempionluğunu qazanıb.
İdmançılarımız zəfəri üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağını döyüş arenasında dalğalandıraraq qeyd ediblər. Nyu-York və Nyu-Cersi ştatlarında yaşayan həmvətənlərimiz idmançları alqışlayıb, “Yaşasın Azərbaycan!” şüarları səsləndiriblər.

Qeyd edək ki, hər iki həmyerlimiz ABŞ-də keçirilən beynəlxaq idman yarışlarında tez-tez ölkəmizi layiqincə təmsil edirlər. E.Xanoğlanlı ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançıları bir yerdə toplamaq və onların koordinasiyalı fəaliyyəti üçün ötən il yaradılmış Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, T.Həsənov isə təşkilatın aktiv üzvlərindəndir.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ