hemle

Yevlaxda kənd təsərrüfatı ilə bağlı respublika müşavirəsi keçirilir

Tarix:27-04-2024, 11:00
Baxış Sayı:677

Yevlaxda kənd təsərrüfatı ilə bağlı respublika müşavirəsi keçirilir
Bu gün Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsi keçirilir.

Tədbir Kənd Təsərrüfatı Nazirliyi və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı, "Gilan Pivot" MMC-nin tərəfdaşlığı ilə keçirilir.

Müşavirənin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatıları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsidir.

Müşavirədə kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdiriləcək, müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılacaq. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin və müvafiq dövlət qurumlarının, iri fermer təsərrüfatlarının və aqroparkların, təchizatçı şirkətlərin nümayəndələrinin və fermerlərin iştirakı nəzərdə tutulur.

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar