hemle

Nurməmməd Cavadov: Ulkan stansiyasının inşası zamanı hiss edirdik ki, azərbaycanlılar və Heydər Əliyev bizimlədir

Tarix:23-04-2024, 16:30
Baxış Sayı:639

Nurməmməd Cavadov: Ulkan stansiyasının inşası zamanı hiss edirdik ki, azərbaycanlılar və Heydər Əliyev bizimlədir
Biz Ulkan stansiyasının inşası zamanı hiss edirdik ki, azərbaycanlılar və Heydər Əliyev bizimlədir.

Bunu jurnalistlərə açıqlamasında Baykal-Amur magistralının (BAM) tikintisi zamanı Azərbaycandan göndərilmiş Komsomol briqadasının komandiri olmuş Nurməmməd Cavadov deyib.

N.Cavadov qeyd edib ki, onlar 1975-ci il martın 22-də Ulkana helikopterlə gətiriliblər:

"1975-1998-ci illərdə mən orada işləmişəm. Ulkan və Anqolun tikintisində şəxsən iştirak etmişəm. Orada yalnız azərbaycanlılar üçün yox, hamı üçün evlər tikilirdi. Ulkanda ilk vaxtlar əsas çətinlik havanın soyuq olması idi. Ancaq ümumilikdə böyük çətinliyimiz olmurdu. Heydər Əliyev oraya gəlib vəziyyətlə tanış olmuşdu. Qəsəbəyə Azərbaycandan mədəniyyət xadimləri, idmançılar da gəlirdi. Biz hiss edirdik ki, azərbaycanlılar, Heydər Əliyev bizimlədir".

Digər xəbərlər
23:14 Bakıda ən ucuz ərazilər haradadır? - araşdırma
23:10 "Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol
23:08 YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR
23:06 Hər gün bir parça tünd şokolad yesək, orqanizm necə reaksiya verər?
23:03 Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu
22:20 Əhalinin NƏZƏRİNƏ: Maaş sistemində vacib dəyişiklik olacaq - DETALLAR
22:15 Erməni separatçılarının tabutuna çaxılan son mismar
21:28 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi