hemle

"Gün gələcək soydaşlarımız Qərbi Azərbaycana qayıdacaqlar" - Dövlət başçısı

Tarix:24-12-2022, 15:40
Baxış Sayı:130

“Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.

“Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər.

Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”, - deyə dövlət başçısı vurğulayıb.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi