hemle

İranda İsrailə hücumla eyni gündə qadınlara da hücum başlanıb - VİDEO

Tarix:19-04-2024, 21:30
Baxış Sayı:695

İranda İsrailə hücumla eyni gündə qadınlara da hücum başlanıb - VİDEO

Aprelin 13-də İran hakimiyyəti qadınların məcburi hicaba riayət etməsinə nail olmaq üçün “Nur” adlı layihənin icrasına başlayıb.

Elə həmin gün gecə yüzlərlə dron, qanadlı və ballistik raketlər vasitəsilə İran silahlı qüvvələrinin İsrailə hücumu baş tutub.

Amma fərq budur ki, İsrailə hücum başa çatsa da, məcburi hicaba əməl etməyən qadınlara qarşı hücum bitmək bilmir.

Bəzi müşahidəçilərin fikrincə, son altı gündə İran küçələri əsl döyüş meydanını xatırladır: yenidən dirçələn əxlaq polisi mülki geyimli şəxslərin, hətta hərbçilərin köməyi ilə hicabsız qadınlara qarşı misilsiz qəddarlıq və zorakılıq nümayiş etdirir. Bu üzdən İranda bir çoxları “Nur” layihəsini “Zur”, yəni zor layihəsi adlandırırlar.
Tanınmış siyasətçi Zəhra Nejadbəhram həmin layihəni İranın öz gücünü qadınlara göstərməsi kimi dəyərləndirib və bildirib ki, layihənin icrasının təkcə birinci günü ərzində 500-dən çox qadın məcburi hicaba riayət etmədiyi üçün həbs olunub.

Ətraflı “Azad İran” “YouTube” kanalının süjetində:

Digər xəbərlər
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq
18:57 10 gün iş olmayacaq
18:55 Qaz olmayacaq - Saat 10:00-dan
18:51 Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı