hemle

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

Tarix:18-04-2024, 21:30
Baxış Sayı:786

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir.

“Qaynarinfo” xəbər verir ki, birinci məhkəmə instansiyasında və apellyasiya mərhələsində iddiası təmin edilməyən Vidadi Zeynalov Ali Məhkəməyə kassasiya şikayəti verib. Əhməd Nurməmmədov iş üzrə hakim təyin edilib.

Məlumat üçün deyək ki, Vidadi Zeynalovla paralel onun övdladları Zeynal Zeynallı, Lalə Zeynalova, Pərviz Zeynalov və xanımı Natəvan Zeynalova da adıçəkilən qurumlar barəsində iddia qaldırıb.

Bundan başqa, Vidadi Zeynalovun ailə üzvləri Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğa qarşı iddia qaldırıb. Bu işin nəticəsi barədə məlumat yoxdur.
Məhkəmə çəkişməsinin kökündə Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş əmlakları dayanır. Keçmiş məmur 43 milyon manat dəyərində olduğu bildirilən əmlaklarını geri almaq istəyir.

Vidadi Zeynalov 2015-ci il noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O, 2019-cu ilin mart ayında azadlığa buraxılıb.

Digər xəbərlər
10:44 Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL
10:36 DİN-dən əhaliyə xəbərdarlıq
10:32 Yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək
10:25 Müharibə başlayır: İki nüvə dövlətini üz-üzə qoyan səbəblər
09:35 “Ünvanli sosial yardım” almaqla bağlı aldana bilərsiniz – XƏBƏRDARLIQ
09:33 Dünyada ərzaq bahalaşır
09:31 Öd kisəsinə zərərli təsir göstərən qidalanma vərdişləri hansılardır?
09:29 Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ