hemle

MİDA-nın layihələrindən 9 400-dən çox ailə güzəştli mənzil əldə edib

Tarix:9-04-2024, 19:00
Baxış Sayı:428

MİDA-nın layihələrindən 9 400-dən çox ailə güzəştli mənzil əldə edib

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələrindən (MİDA) ümumilikdə 9 444 ailə güzəştli mənzil əldə edib.

“Report”un məlumatına görə, bunu MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov Agentliyinin fəaliyyətə başlamasının səkkizinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə səkkiz illik fəaliyyəti dövründə Mənzil İnşaatı Dövlət Agentliyi Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasını həyata keçirib: “Həmin layihələrdən altısının inşası tamamlanıb, beş layihə isə hazırda reallaşdırılır: “İcrası tamamlanmış layihələr - Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş güzəştli mənzillər və Gəncə Yaşayış Kompleksidir”.
O bildirib ki, həmin layihələrdə 11 000-dən çox mənzil, beş məktəb, səkkiz uşaq bağçası və bir müasir tipli poliklinika tikilib: “Bu layihələrdə tikilmiş mənzillər (11 087 mənzil) həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılıb, həmçinin dövlət sifarişi əsasında ayrılıb”.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ