hemle

Azərbaycan idmançısı dünya çempionatında gümüş medal qazanıb - FOTO

Tarix:9-04-2024, 18:37
Baxış Sayı:500

Azərbaycan idmançısı dünya çempionatında gümüş medal qazanıb - FOTO

Azərbaycan idmançısı Sahib Bağırov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən stronqmen növü üzrə dünya çempionatında medal qazanıb.

“Report” xəbər verir ki, 95 kq çəki dərəcəsində mübarizə aparan atlet gümüş mükafata sahib çıxıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışa yollanan yığmanın heyətində beş idmançı qüvvəsini sınayıb. Beynəlxalq dərəcəli hakim Camal Əhmədzadə ilk dəfə dünya çempionatında ədaləti qoruyub. Komanda Azərbaycan Stronqmen Federasiyasının vitse-prezidenti Bəxtiyar Quliyevin rəhbərliyi altında mübarizə aparıb.
Qeyd edək ki, turnirdə 35 ölkə təmsilçisi çıxış edib.


Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR