hemle

Soyqırımı şahidi: “Ermənilər qohum-əqrəbalarımızın məzarlarını dağıdıblar” - FOTO

Tarix:7-04-2024, 12:30
Baxış Sayı:470

Soyqırımı şahidi: “Ermənilər qohum-əqrəbalarımızın məzarlarını dağıdıblar” - FOTO

“Ağdaban soyqırımı necə baş veribsə, tam yadımdadır”.

Bunu “Report”a Kəlbəcərin Ağdaban soyqırımının şahidlərindən biri Ziba Kərimova deyib.

O qeyd edib ki, 32 ildən sonra kəndə ziyarət edərək o günləri yenidən xatırladılar, həm sevinci, həm də kədəri birlikdə hiss etdilər:

“32 ildən sonra bu torpaqlara qayıtmaq, hadisələri gözümün qabağına gətirdi. Şəhid olanları, yandırılanları xatırlayaraq kəndə girdim. Ermənilər bizim qohum-əqrəbalarımızın məzarlarını da dağıdıblar. Onlardan bəzilərini tapa bilsək də, digərlərini tapa bilmədik”.

Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 32 nəfəri amansızcasına qətlə yetirərək soyqırımı aktı törədiblər.

Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ