hemle

Biləsuvarda yardımçı tikilidə yanğın baş verib

Tarix:6-04-2024, 21:30
Baxış Sayı:357

Biləsuvarda yardımçı tikilidə yanğın baş verib

Biləsuvar rayonu, Bağbanlar kəndində yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, kənd sakini Fərzəli Ağamməd oğlu Əhmədova məxsus həyətyanı sahədə yerləşən yardımçı tikili alovlanıb.

Biləsuvar rayon yanğından mühafizə bölməsinin əməkdaşlarının vaxtında müdaxiləsi ilə yanğının genişlənməsinin qarşısı alınıb.

Ümumi sahəsi 90 kvadratmetr olan yardımçı tikilinin altı kvadratmetr çardaq hissəsi və burada saxlanılan 750 kiloqram ot kipinin 250 kiloqramı yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
10:44 Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL
10:36 DİN-dən əhaliyə xəbərdarlıq
10:32 Yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək
10:25 Müharibə başlayır: İki nüvə dövlətini üz-üzə qoyan səbəblər
09:35 “Ünvanli sosial yardım” almaqla bağlı aldana bilərsiniz – XƏBƏRDARLIQ
09:33 Dünyada ərzaq bahalaşır
09:31 Öd kisəsinə zərərli təsir göstərən qidalanma vərdişləri hansılardır?
09:29 Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ